пятница, 5 марта 2010 г.

Ərəstun Oruclu: «MTN-də çox dəhşətli şeylər gördüm»

«Mən tez-tez xarici səfərlərə gedirəm. Və hər dəfə övladlarıma deyirəm ki, heç kim qəzadan sığortalanmayıb. Başıma bir iş gələr, amma siz bilin: Mən həyatda elə bir addım atmamışam ki, ona görə kimsə sizi məzəmmət eləsin və ya ifşa etməklə hədələsin, şantaj eləsin…»
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Azadlıq» radiosunun «Tanınmışlar» verilişində belə deyib.
O deyir ki, 1992-ci ildə həkim kimi işləri alınmayanda gedib MTN-də işləyib:
«O vaxt milli hökumətimiz qurulurdu. İki ilə yaxın orda çalışdım və çox dəhşətli şeylər gördüm. Gördüm ki, insanların tərcümeyi-halı onların özlərini, övladlarını necə izləyir. Onların nəvələrinin başı üstündə domokl qılıncı kimi asılır».

Ə.Oruclu deyir ki, ki, başına bir iş gəlsə, ailəsi başsız qalmaycaq:

«Ölümümdən sonra nə olacağını bilmirəm. Amma dəqiq bilirəm ki, başıma bir iş gəlsə, ailəm başsız qalmaycaq. Çünki hər zaman arxamda dayanan ömür-gün yoldaşım var».

Комментариев нет:

Отправить комментарий