пятница, 5 марта 2010 г.

Ərəstun Oruclu: “13 fevral zorakılığınna heç bir halda haqq qazandırmaq olmaz”

Şərq-Qərb Araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, 13 fevral şənbə hadisələrinə ölkənin hüquq müdafiəçiləri gərəkli mövqe nümayiş etdirməmişlər.
Deyerler.org-a açıqlamasında mövzu ilə bağlı Ə.Oruclu daha sonra demişdir: “Mən hesab edirəm ki, bu zorakılığın heç bir əsası yoxdur. Buna heç bir halda haqq qazandırmaq olmaz. Mən bu barədə mövqeyimi hüquq müdafiəçiləri ilə söhbətimizdə də bildirmişəm və onlara öz təəssüfümü ifadə etmişəm ki, Azərbaycanda hüquq müdafiəçiləri bu məsələyə insan haqları prizmasından yanaşmırlar. Tutalım ki, dindarların həmin aksiyasının hətta arxasında deyək ki, hansısa bir qüvvə dayanır. Əvvəla bu sübuta yetməyibdir. İkinci tərəfdən, hüquq müdafiəçiləri və təhlilçilərin bu barədə ən uzağı hansısa ehtimalları söyləmək imkanı var. Amma məsələnin başqa bir aspekti budur ki, burada insanların sərbəst toplaşmaq azadlığı, təşkilatlanma azadlığı, onların öz etiqadını, siyasi görüşünü ifadə etmək azadlığı məhdudlaşdırılıbdır. Burada dindarlara qarşı qeyri-adekvat və həddindən artıq sərt şəkildə tədbirlər görülüb. Hesab edirəm ki, ölkədə normal düşünən, azadlıq, demokratiya və digər bu kimi ümumbəşəri mövqedə duran adamlar bu məsələyə münasibət bildirməlidirlər. O cümlədən ilk növbədə hüquq müdafiəçiləri. Bu gün dindarlara qarşı zorakılıq torədilirsə və bu gün buna göz yumulursa, sabah demokratlara və digərlərinə də analoji addımlar atılanda biz buna reaksiya verərik. Bir də kim deyir ki, axı dindar demokratik dəyərləri bölüşmür? O, da vətəndaşdır, onun da hüquq və azadlıqları vardır. Həmin dindar insan, deyək ki, hansısa dini yönümlü aksiyada iştirak edən insan demokratik bir partiyanın da üzvü ola bilər. Yəni burada şənbə günü baş verən zorakılığa ümumbəşəri dəyərlərdən və Azərbaycn konstitusiyasının insanlara verdiyi hüquqlar nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Mən hesab edirəm ki, bu çox xoşagəlməz bir haldır. Bu cür qəddarlıq nümayiş etdirmək, insanlara qarşı bu cür zor tətbiq etmək, dəxli yoxdur bu insanlar hansı yönlu aksiyada iştirak edir, bunlar hamısı eyni dərəcədə qiymətləndirilməlidir. Bütün bunlara da sərt münasibət bildirilməlidir.”

Xatırladaq ki, 13 fevral 2010-cu il tarixdə bir qrup dindar dinc yürüş keçirərkən sərt polis zorakılığına məruz qalmış, aksiya iştirakçılarına polis tərəfindən güc tətbiq edilmiş, xəsarət alanlar olmuşdur. Hadisə nəticəsində 10-dək dindar 8-10 günlüyə həbs edilmiş, 5 nəfər haqqında isə 2 aylıq həbs qəti-imkan tədbiri seçilməklə barələrində cinayət işləri açılmışdır.

Комментариев нет:

Отправить комментарий